SIĞORTA

30 Avqust

“Bakı Sığorta”nın iki səhmdarı sığorta şirkətindəki payını satıb

"Bakısığorta" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik baş verib.

Fins.az sığorta şirkətinə istinadən xəbər verir ki, Nəcəfov Behbud Çingiz oğlu və Rəhimov Murad Arif oğlu öz paylarının 13,89%-ni "Bank Respublika"ya satıblar. Bu satış nəticəsində "Bank Respublika"nın "Bakısığorta"dakı payı 79.42%-dən 93.32%-ə yüksəlib.

Hazırda "Bakısığorta"nın digər səhmdarı olan “Ekolizinq” MMC 6.68%-lik paya, yəni 785 səhmlə sahibdir.

Fuad Mədətov
Fins.az