İpoteka və Kredit Zəmanət Fondu (İKZF) inzibati binasının və avadanlıqlarının sığortalanması üçün açıq tender elan edib.
Fins.az xəbər verir ki, tenderdə iştirak haqqı 36 manatdır.
İddiaçılar təkliflərini 17 sentyabr tarixinə qədər Fondun Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanına təqdim edə bilərlər. Tender təkliflərinə həmin gün, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Fuad Mədətov
Fins.az