SIĞORTA

27 İyun

Azərbaycanda daşınmaz əmlakın icbari sığortasıüzrə yığımlar və ödənişlər artıb

2024-cü ilin yanvar-may aylarında  Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 53  milyon 729 min manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 960 min manat və ya 2% çoxdur.

2023-ci ilin yanvar-may aylarında bu göstərici 52 milyon 769 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 1 milyon 145 min manat təşkil edib ki, bu da illik müqayisədə 267 min manat və ya 30 % çoxdur.

Keçən ilin eyni dövründə 878 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.

Fuad Mədətov
Fins.az