SIĞORTA

27 İyun

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıüzrə yığımlar və ödənişlər artıb

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 65 milyon 316 min manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 370 min manat və ya 4% çoxdur.

2023-ci ilin yanvar-may aylarında bu göstərici 62 milyon 946 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 51 milyon 619 min  manat təşkil edib ki, bu da illik müqayisədə 12 milyon 517 min manat və ya 32% çoxdur.

Əvvəlki ilin eyni dövründə 39 milyon 101 min manat sığorta ödənişləri edilmişdi.

Fuad Mədətov
Fins.az