Həyat sığortası tarifləri kredit faizlərindən əlavə qaydada müəyyən ediləcək və orta hesabla həyat sığortası tarifi 1% hesablanacaq.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, banklar üç ay müddətində əməliyyat sistemlərini kreditlərin sığortalanmasına inteqrasiya edəcək:
"Artıq bir neçə bank bu sistemə qoşulub. Hazırda istehlak kreditlərinin 95%-i həyat sığortası ilə təmin edilməyib. Bu baxımdan vətəndaşların kredit götürərkən və ya adi qaydada həyatının sığortalı olması baxımından faydalı olacaq".
Fuad Mədətov
Fins.az