2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Türkmənistan kapitalı ilə 22 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 şirkət azdır.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Türkmənistan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 13,1 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 8,6 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (21) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 12,5 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Türkmənistan kapitalı ilə 8 inşaat şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.