Azərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında könüllü fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar 1 milyon 252 min manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 335 min manat və ya 36% çoxdur.
2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 917 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 123 min manat təşkil edib. Ödənişlərdə illik müqayisədə 83 min manat və ya 3 dəfə artım olub.
Fuad Mədətov
Fins.az