Azərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar 1 milyon 383 min manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 177 min manat və ya 11% azdır.
2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 1 milyon 559 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 84 min manat təşkil edib. Ödənişlərdə illik müqayisədə dəyişikik olmayıb.
Fuad Mədətov
Fins.az