SIĞORTA

30 May

Könüllü tibbi sığorta üzrə yığımlar 32 % azalıb

Azərbaycanda bu ilin yanvar-aprel aylarında könüllü tibbi sığorta üzrə yığımlar 71 milyon 513 min manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 106 min manat və ya 32% azdır.

Ötən ilin yanvar-aprel aylarında bu göstərici 72 milyon 619 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 28 milyon 936 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 milyon 188 min manat və ya 27% çoxdur.

Ötən ilin eyni dövründə 22 milyon 748 min manat sığorta ödənişləri edilib.

Fuad Mədətov
Fins.az