SIĞORTA

30 May

Könüllü sığorta üzrə yığımlar 20 % artıb

Azərbaycanda bu ilin yanvar-aprel aylarında könüllü sığorta üzrə yığımlar 410 milyon 401 min manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68 milyon 547 min manat və ya 20% çoxdur.

Ötən ilin yanvar-aprel aylarında bu göstərici 341 milyon 854 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 167 milyon 184 min manat təşkil edib ki, bu da illik müqayisədə 64 milyon 682 min manat və ya 63% çoxdur.

Ötən ilin eyni dövründə 102 milyon 502 min manat sığorta ödənişləri edilib.

Fuad Mədətov
Fins.az