Azərbaycanda icbari həyat sığortası üzrə yığımlar və ödənişlər artıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istiandən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 33 milyon 322 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 6 min manat və ya 10% çoxdur.
2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 30 milyon 317 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 27 min manat təşkil edib ki, bu da illik müqayisədə 376 min manat və ya 58% çoxdur.
Əvvəlki ilin eyni dövründə 651 min manat sığorta ödənişləri edilib.
Fuad Mədətov
Fins.az