Azərbaycanda icbari sığorta üzrə yığımlar və ödənişlər artıb.
Fins.az Azərbayacan Mərkəzi Bankına istiandən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 132 milyon 440 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 763 min manat və ya 5% çoxdur.
2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 125 milyon 676 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 42 milyon 371 min manat təşkil edib ki, bu da illik müqayisədə 10 milyon 271 min manat və ya 32% çoxdur.
Əvvəlki ilin eyni dövründə 32 milyon 100 min manat sığorta ödənişləri edilib.
Fuad Mədətov
Fins.az