SIĞORTA

30 May

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 4% artıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istiandən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 49 milyon 283 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 833 min manat və ya 4% çoxdur.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 46 milyon 430 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 707 min manat təşkil edib ki, bu da illik müqayisədə 102 min manat və ya 17% çoxdur.

Ötən ilin eyni dövründə 605 min manat sığorta ödənişləri edilib.

Fuad Mədətov
Fins.az