SIĞORTA

30 May

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 50,171 milyon manat təşkil edib

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istiandən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 81% olub.

Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 50 milyon 171 min manat toplanıb, 40 milyon 423 min manat ödəniş edilib.

Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıqdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 64% idi.

Fuad Mədətov
Fins.az