SIĞORTA

30 May

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 50 milyon 171 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 3 min manat və ya 4% çoxdur.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 48 milyon 168 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 40 milyon 423 min  manat təşkil edib ki, bu da illik müqayisədə 9 milyon 792 min manat və ya 32% çoxdur.

Əvvəlki ilin eyni dövründə 30 milyon 631 min manat sığorta ödənişləri edilmişdi.

Fuad Mədətov
Fins.az