Naxçıvanda ilk dəfə "Sığorta festivalı" təşkil olunacaq.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu il sentyabr ayında Naxçıvanda sığorta maarifləndirilməsi sahəsində geniş bir layihəyə start veriləcək:
"İlk dəfə Naxçıvanda "Sığorta festivalı" təşkil olunacaq. Həm Naxçıvan mediasında, həm ənənəvi kütləvi informasiya vasitələrində, həm də sosial mediada sığorta sahəsində intensiv şəkildə maarifləndirmə tədbirləri aparılacaq".
Fuad Mədətov
Fins.az