SIĞORTA

25 May

Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş 29 may 2024-cü il tarixdən etibarən başlanacaqdır.

Fins.az xəbər verir ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət etsinlər.

Ünvan: Bakı şəhəri, Babək prospekti 16, ƏSF-nin inzibati binası.

Qaynar xətt əlaqə nömrəsi: 941