SIĞORTA

22 May

Risk hesablanması üçün yeni sığorta modeli hazırlanmalıdır - Rəşad Əhmədov

Azərbaycanda hər 10 əmlakdan biri icbari sığortalanıb və bu, qətiyyən yaxşı hal deyil. 

Fins.az xəbər verir ki, bunu icbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə daşınmaz əmlakların sığortalanması ilə bağlı vəziyyət ürəkaçan deyil:

"Ölkədə katastrofik risk çıxarsa, dövlət büdcəsinə, ölkə maliyyəsinə ciddi ziyan dəyəcək. Potensial riskin hesablanması isə bu gün mümkün deyil. Risk hesablanması üçün yeni sığorta modeli hazırlanmalıdır. Risk müəyyən edilir və onun ortaya qoya biləcəyi iqtisadi dağıntının ehtimalları öyrənilir. Daha sonra buna müvafiq sığorta modeli tətbiq edilir".

Fuad Mədətov
Fins.az