SIĞORTA

22 May

Tələblərə cavab verməyən sığorta şirkətləri bazardan kənarlaşdırılacaq - Ziya Əliyev

Azərbaycanda tələblərə cavab verməyən sığorta şirkətləri qanun çərçivəsində bazardan kənarlaşdırılacaq.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Ziya Əliyev Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

Onun sözlərinə görə, AMB sığorta sahəsində tənzimləyici olduqdan sonra bu sahənin inkişafı ilə bağlı böyük ölçülü strategiya həyata keçirməkdədir:

"Əsas məqsədlərdən biri sığorta bazarına inamı gücləndirməkdir. Bunun üçün sığortaçılara nəzarət xeyli gücləndirilib. Onların maliyyə dayanıqlığına, həm də sığortalılara qarşı rəftarlarına münasibətdə tədbirlər həyata keçirilir".

Z.Əliyev onu da qeyd edib ki, Azərbaycanda daşınmaz əmlak sığortası 12 ilə yaxın icbari şəkildə tətbiq olunmasına baxmayaraq, bu sahədə qanunvericiliyin dəyişdirilməsinə və sığorta şərtlərinin yaxşılaşdırılmasına ehtiyac var.

O bildirib ki, hazırda Mərkəzi Bank yerli və xarici təcrübələrə əsaslanaraq bu sığorta sinfi üzərində sektorla birlikdə intensiv müzakirələr aparır.

Fuad Mədətov
Fins.az