Müxtəlif kampaniyaları ilə müştərilərini sevindirməyə davam edən PAŞA Sığorta şirkəti bu dəfə “Yaşıl Bakı” əmlak sığortası üzrə hədiyyəli kampaniya təklif edir.
Belə ki, 21 may -30 iyun tarixlərini əhatə edən kampaniya çərçivəsində “Yaşıl Bakı” əmlak sığortasını əldə edən müştərilər seçdikləri paketlərə uyğun olaraq 50 AZN-dək alış-veriş kartı əldə edəcək.
“Yaşıl Bakı” əmlak sığortası üzrə “Çinar” paketi əldə edənlər 30 AZN, “Cökə” paketi əldə edənlər 40 AZN, “Zeytun” paketi əldə edənlər və ya sığorta haqqı 200 AZN-dən yüksək olan müştərilər isə 50 AZN dəyərində alış-veriş kartı qazanacaqdır.
Kampaniya şərtləri barədə ətraflı məlumat üçün //cutt.ly/6etweOsj linkinə keçid edə bilərsiniz.
“Yaşıl Bakı” fərdi könüllü əmlak sığortasına müraciət üçün //cutt.ly/QetwrlT5linkinə keçid edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram //www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən müraciət edə bilərsiniz.
"PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta şirkəti qeyri-həyat sığorta sektoru üzrə 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının böyük sığorta şirkətlərindəndir.