SIĞORTA

10 May

PAŞA Sığorta məktəblilərə özəl sağlamlıq sığortası məhsulunu təqdim edir!

Hər müştəri kateqoriyasının sağlamlığının qeydinə qalmaq üçün müxtəlif məhsullar təqdim edən PAŞA Sığorta bu dəfə məktəblilərə özəl “Məktəbli” könüllü sağlamlıq sığortasını təqdim edir.

Fins.az xəbər verir ki, məktəblilər üçün nəzərdə tutulmuş məhsul “Variant A”, “Variant B”, “Variant C”, “Variant D” adlı 4 paket daxilində təqdim edilir. Müştərilər məktəbli övladları üçün illik 40 AZN-dən başlayan sığorta haqqı ilə sağlamlıqları üçün 4000 AZN-dək təminat əldə edəcək. Qeyd edək ki, bu sığorta təminatı təhsil müəssisələri və onlara aid olan ərazilər, onlar tərəfindən həyata keçirilən ekskuriya zamanı və rəsmi daşınma servis xidməti üçün keçərlidir.

“Məktəbli” sağlamlıq sığortasına təcili tibbi yardım, təcili stomatoloji yardım, stasionar müalicə və stasionar müalicə zamanı dərman vasitələri ilə təminat və s. tibbi xidmətlər daxildir.

Övladınızın məktəbdəki dostu olacaq “Məktəbli” sağlamlıq sığortasını əldə etmək, həmçinin məhsul haqqında ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya  bit.ly/mektebli-saglamliq-sigortasi keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram //www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.