SIĞORTA

02 May

“Paşa Sığorta”nın sığorta ödənişi 58,3 % artıb

2024-cü ilin yanvar-mart aylarında “Paşa Sığorta” ASC-nin sığorta ödənişi 28 106 min manat olub.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 353 min manat və ya 58,3 % artıb.

Fuad Mədətov
Fins.az