SIĞORTA

02 May

“Azərbaycan Sənaye Sığorta”nın yığımları 29 % artıb

2024-cü ilin yanvar-mart aylarında “Azərbaycan Sənaye Sığorta” ASC 6 713 min manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1505 min manat və ya 29 % artıb.

Fuad Mədətov
Fins.az