Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar-mart aylarını əhatə edən ölkədə fəaliyyət göstərən maliyyə qurumlarının statistik göstəriciləri arasında yerli sığorta şirkətlərinin ödənişlərini açıqlayıb.
Fins.az xəbər verir ki, sığorta şirkətlərində ödənişlərin dinamikası üzrə renkinq siyahısında "Meqa Həyat Sığorta" ASC 40 dəfə artımla ən yüksək nəticə göstərən sığorta şirkəti olub.
İkinci ən yüksək nəticə "Xalq Həyat" Sığorta Şirkəti ASC 2,4 dəfə, üçüncü ən yüksək nəticə isə "Aqrar Sığorta" ASC 2,2 dəfə artımla qeydə alınıb.
Siyahıda ən sonuncu yerdə “AzSığorta” ASC 7,2 dəfə azalma ilə qərarlaşıb.
Fins.az 2024-cü ilin yanvar-mart aylarını əhatə edən yerli sığorta şirkətlərinin ödənişlərinin dinamikası üzrə renkinqini təqdim edir:
Fuad Mədətov
Fins.az