Son 3 ildə Azərbaycanda sığorta haqları 67,8 % artaraq 1 milyard 223 milyon manata, sığorta ödənişləri isə 26,3 % artaraq 587 milyon manata çatıb.
Fins.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Azərbaycan Insurtech Zirvə" toplantısında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, ölkədə son 3 ildə sığorta sektorunun aktivləri 34,2 % artıb:
“Sektorun balans kapitalı 7,7 % artıb və bundan başqa, sektorun ümumi daxili məhsulda payı 1 % keçib. Apardığımız qiymətləndirmələr və beynəlxalq müqayisələr göstərir ki, bu göstəricini 2 %-ə çatdırmaq mümkündür".
Fuad Mədətov
Fins.az