SIĞORTA

11 Aprel

“Qala Həyat” Sığorta Şirkətinin sığorta ödənişi 872 min manat olub

2024-cü ilin yanvar-fevral aylarında “Qala Həyat” Sığorta Şirkəti ASC-nin sığorta ödənişi 872 min manat olub.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 186 min manat və ya 27,1 % artıb.

Fuad Mədətov
Fins.az