Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar ayını əhatə edən ölkədə fəaliyyət göstərən maliyyə qurumlarının statistik göstəriciləri arasında yerli sığorta şirkətlərinin ödənişlərini açıqlayıb.
Fins.az xəbər verir ki, sığorta şirkətlərində ödənişlərin dinamikası üzrə renkinq siyahısında “Qala Həyat” Sığorta Şirkəti ASC 7,1 dəfə artımla ən yüksək nəticə göstərən bank olub.
İkinci ən yüksək nəticə "Aqrar Sığorta" ASC 4,6 dəfə, üçüncü ən yüksək nəticə isə “İpək Yolu Sığorta” ASC 4,5 dəfə artımla qeydə alınıb.
Siyahıda ən sonuncu yerdə "Meqa Həyat Sığorta" ASC qərarlaşıb.
Fins.az 2024-cü ilin yanvar ayını əhatə edən yerli sığorta şirkətlərinin ödənişlərinin dinamikası üzrə renkinqini təqdim edir:
Fuad Mədətov
Fins.az