Azərbaycan Mərkəzi Bankının ( AMB) sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb.
Fins.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsində paylaşım edib.
“Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüş zamanı qlobal iqtisadiyyatda son durum, ölkə daxili makroiqtisadi meyillər və monetar şərait, inflyasiya, valyuta bazarında vəziyyət, habelə iqtisadi aktivliyə həsr edilmiş təqdimat keçirildi.
Görüşdə həmçinin ötən il üzrə sığorta sektorunun yekunları, qarşıda duran strateji prioritetlər, maliyyə sektorunun inkişaf strategiyasından irəli gələn məsələlər və digər aktual mövzular ətrafında müzakirələr apardıq”- Taleh Kazımov paylaşımda bildirib.