SIĞORTA

15 Yanvar

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının könüllü sığortası üzrə yığımlar artıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının könüllü sığortası üzrə yığımlar 3 milyon 409 min manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9% çoxdur.

Eyni dövrdə bu növ sığorta ödənişləri 867 min manat təşkil edib ki, bu da illik müqayisədə  5,2% azdır.

Fuad Mədətov
Fins.az