2023-cü il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar 938,8 milyon manata yaxın olub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 14,2 faiz artıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 faiz artaraq 655,5 milyon manatdan çox təşkil edib.
Fuad Mədətov
Fins.az