2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar 68 milyon 51 min manat təşkil edib.
Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur.
Eyni dövrdə bu növ sığorta ödənişləri 30 milyon 573 min manat təşkil edib ki, bu da illik müqayisədə 22,6 dəfə çoxdur.
Fuad Mədətov
Fins.az