SIĞORTA

11 Yanvar

Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası bazarı böyüyüb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 5 milyon 642 min təşkil edib.

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur.

Eyni dövrdə bu növ sığorta ödənişləri 489 min manat təşkil edib ki, bu da illik müqayisədə 28,3% çoxdur.

Fuad Mədətov
Fins.az