Bu günə qədər 5 002 nəfərə dövlət icbari şəxsi sığorta təyin olunub.
Fins.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib.
Onun sözlərinə görə, ötən il üzrə həmin göstərici 1 920 olub və bu günədək 91-97-ci illər üzrə 17 367 nəfərə birdəfəlik ödəmələr təyin edilib:
"Keçən il bu rəqəm 495 olub. Bu günə kimi ödənilmiş vəsait 111.1 milyon manat, ötən il üzrə isə 4,1 milyon manat olub".
Fuad Mədətov
Fins.az