SIĞORTA

09 Yanvar

2023-cü ildə Azərbaycanda sığorta yığımları ilk dəfə 1 milyard manatı ötüb

2023-cü ildə Azərbaycanda sığorta yığımları 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə, 28 faiz artım nümayiş etdirərək, ilk dəfə 1 milyard manatı ötüb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev "Nailiyyətlər və Çağırışlar" mövzusunda forumda çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanın ümumdaxili məhsulunda sığorta sektorunun payı 1 faiz təşkil edib:

"Sığorta bazarının peşəkar iştirakçıları olaraq bizim əsas məqsəd və vəzifəmiz mövcud, sabit və artan bazarın dayanıqlılığını təmin etməkdən ibarətdir. Mərkəzi Bank tərəfindən sığorta sektorunun inkişafı üçün keçirilən mühüm islahat bizə yaxın illərdə bu məqsədə nail olacağımızla bağlı əminlik verir".

Fuad Mədətov
Fins.az