SIĞORTA

09 Yanvar

Azərbaycanda KASKO sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə 47,65 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 20,1% artaraq 18,3 milyon manat olub.

Fuad Mədətov
Fins.az