SIĞORTA

08 Yanvar

Azərbaycanda səfər sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda səfər sığortası üzrə 5,6 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 28,3% artaraq 0,5 milyon manat olub.

Fuad Mədətov
Fins.az