"PAŞA Sığorta" ASC-də Audit Komitəsi yaradılıb.
Fins.az ASC-yə istinadən xəbər verir ki, komitənin sədri vəzifəsinə Emil İbrahimov təyin edilib.
Komitənin digər üzvləri isə Nərmin İsgəndərova və Müslim Rüstəmovdur.
Xatırladaq ki, "PAŞA Sığorta" ASC 2006-cı ildə yaradılıb və nizamnamə kapitalı 50 milyon manat təşkil edir.
Fuad Mədətov
Fins.az