SIĞORTA

28 Dekabr

Azərbaycanda sığorta ödənişlərinin 83%-i bu sığorta şirkətlərinin payına düşür

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyata keçirilmiş 497,466 milyon manat sığorta ödənişinin 410,805 milyon manatı və yaxud 82,6%-i 5 sığorta şirkətinin payına düşüb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (245,346 milyon manat), “PAŞA Sığorta” (89,526 milyon manat), “Azərbaycan Sənaye Sığorta” (31,515 milyon manat), “Atəşgah Həyat Sığorta” (23,47 milyon manat) və “Xalq Sığorta” (20,948 milyon manat) ASC-lərdir.

11 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (15 min manat), “İpək Yolu Sığorta” (616 min manat), “Naxçıvan Sığorta” (1,003 milyon manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (2,723 milyon manat) və “Bakı Sığorta” (2,817 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 7,174 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 1,4%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 79,487 milyon manat (16%) təşkil edib.

Fuad Mədətov
Fins.az