Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 498,719 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 29% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 19% artaraq 271,630 milyon manata çatıb.
Ötən ilin eyni dövründə 228 milyon 55 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 54% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 59% təşkil edib.
Fuad Mədətov
Fins.az