SIĞORTA

27 Dekabr

Azərbaycanda könüllü sığorta bazarı böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 812,599 milyon manat sığorta haqqı toplanılıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 23,6% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri ödənişlərin məbləği 398,352 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27% çoxdur.

Fuad Mədətov
Fins.az