SIĞORTA

14 Dekabr

Aİ sığorta şirkətlərinin kapital adekvatlığını azaldır

Avropa Parlamenti (AP) ittifaqın sığorta sektorunu və sektorun kapital adekvatlığı əmsalını tənzimləyən qaydaların yenilənməsi ilə bağlı üzv dövlətlərlə danışıqlarda konsensus əldə etdiyini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, müvafiq olaraq, sığorta sektorunun kapital adekvatlığı qaydaları dəyişdiriləcək və şirkətlərin ehtiyatda saxlamalı olduğu əhəmiyyətli miqdarda resurs iqtisadiyyata ötürüləcək.

Sığorta sənayesinin ehtiyat səviyyələrini müəyyən edən kapitalın dəyəri əmsalı hazırkı 6 faiz səviyyəsindən 4,75 faizə endiriləcək.

Sektor üzrə yoxlamalar sadələşdiriləcək. Aİ ölkələrində sığorta nəzarəti orqanlarının bir-biri ilə daha çox əməkdaşlıq etməsinə şərait yaradılacaq. Sığortaçılar davamlılıqla bağlı riskləri daha yaxşı hesablamalı və bu risklər haqqında daha çox hesabat hazırlamalı olacaqlar.

Dəyişikliklər Avropada sığorta şirkətlərinin kapital adekvatlığını azaltmaq və 100 milyard avroya qədər resursları iqtisadiyyata yönəltmək məqsədi daşıyır.

Yeni qaydalar üzv dövlətlər və AP tərəfindən rəsmən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Günel Məlikzadə
Fins.az