SIĞORTA

13 Dekabr

"Meqa Sığorta"nın yığımları artıb

Bu ilin yanvar-oktyabr aylarında “Meqa Sığorta” ASC 26,95 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,6% çoxdur.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 31,2% artaraq 7,4 milyon manat olub.

Fuad Mədətov
Fins.az