SIĞORTA

12 Dekabr

"Bakı Sığorta"nın yığımları azalıb

Bu ilin yanvar-oktyabr aylarında “Bakı Sığorta” ASC 4,4 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1% azdır.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 21,7% artaraq 2,6 milyon manat olub.

Fuad Mədətov
Fins.az