SIĞORTA

12 Dekabr

“Azərbaycan Sənaye Sığorta”nın yığımları artıb

Bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Sənaye Sığorta” ASC 16,2 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 7,45 dəfə artaraq 30,6 milyon manat olub.

Fuad Mədətov
Fins.az