Bu ilin yanvar-oktyabr aylarında “Atəşgah Həyat Sığorta” ASC 54,6 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,2% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 16% artaraq 21,9 milyon manat olub.
Fuad Mədətov
Fins.az