Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə 6,25 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 77,4% azalaraq 0,1 milyon manat olub.
Fuad Mədətov
Fins.az