Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 3,1 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,2% artaraq 0,8 milyon manat olub.
Fuad Mədətov
Fins.az