SIĞORTA

06 Dekabr

Azərbaycanda səfər sığortası bazarı böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda səfər sığortası üzrə 5,3 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,6% artaraq 0,3 milyon manat olub.

Fuad Mədətov
Fins.az