SIĞORTA

01 Dekabr

Azərbaycanda əmək qabiliyyətinin sığortası bazarı böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmək qabiliyyətinin sığortası üzrə 1,55 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,9% çoxdur.  

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,15 dəfə artaraq 70 min manat olub.

Fuad Mədətov
Fins.az