Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyatın ölüm halından sığortası üzrə 28,1 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 19,6% azalaraq 1,7 milyon manat olub.
Fuad Mədətov
Fins.az